Prezident İlham Əliyev bp-nin icraçı direktorunu qəbul edib
07 oktyabr 2010 14:51 (UTC +04:00)

Prezident İlham Əliyev bp-nin icraçı direktorunu qəbul edib

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Azərbaycan ilə bp arasında uzun illər uğurlu əməkdaşlığın aparıldığını vurğulayıb. Prezident İlham Əliyev bp-nin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda, şirkətin keçmiş icraçı direktoru Toni Heyvorda Azərbaycan ilə bp arasında əməkdaşlığın genişlənməsi işinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

Dövlət başçısı Robert Dadlinin rəhbərliyi ilə Azərbaycanla bp arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

bp-nin icraçı direktoru Robert Dadli Azərbaycana doqquz il bundan əvvəl səfər etdiyini, ötən dövr ərzində ölkəmizdə inanılmaz və çox böyük inkişafın getdiyinin şahidi olduğunu bildirib. Azərbaycanda yaxşı investisiya mühitinin olduğunu vurğulayan qonaq, bp ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın aparıldığını dedi və bunu yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan ilə bp arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar