Sumqayıt və Lüdviqshafen şəhərləri arasında yeni saziş imzalanıb
07 oktyabr 2010 11:47 (UTC +04:00)

Sumqayıt və Lüdviqshafen şəhərləri arasında yeni saziş imzalanıb

Sumqayıt şəhər icra hakimiyyətindən Lent.az-a bildiriblər ki, hər iki şəhər “Cənubi Qafqazda yerli özünü idarəetmənin inkişafına dəstək” Proqramı çərçivəsində 2011-ci ilin dekabr ayına qədər “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak barədə razılığa gəliblər. Layihə şəhər təsərrüfatı məsələləri üzrə ümumi təcrübə mübadiləsi ilə yanaşı, tərəflər arasında konkret razılıqlara əsasən müəyyən edilmiş tədbirlər üzrə məsləhətlərin verilməsini də əhatə edir.

30 ildən artıqdır qardaşlaşmış şəhər statusu olan Sumqayıt və Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Layihə Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar