Azərbaycan gələn il hərbi qurumların saxlanmasına 3 milyard 287 milyon dollar ayıracaq
APA-nın məlumatına görə, bura büdcənin «müdafiə xərcləri», «məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanları» və digər funksional bölmələrindən maliyyələşdirilən Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Feldyeger Xidməti daxildir.
Büdcədə müdafiə xərcləri üzrə Müdafiə Nazirliyinə 855 416 839 manat, DSX-ya 89 306 570 manat, hərbçilərin əmək haqlarının və pensiyalarının verilməsinə 43 023 292 manat, silahlı qüvvələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə 39 043 919 manat, MTN-ə 83 303 463 manat, MSN-ə müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2 200 246 manat və digər kateqoriyalar üzrə 2 656 571 manat vəsait nəzərdə tutulur. Bundan əlavə olaraq, dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün xərclər 1 mlrd. 087 mln. manat proqnozlaşdırılır.
2011-ci ilin büdcəsindən Xüsusi Dövlət Mühafizə Xidmətinin saxlanılmasına 63 391 596 manat, Daxili Qoşunların saxlanılmasına 61 157 395 manat, Dövlət Feldyeger Xidmətinin saxlanılmasına 2 315 236 manat, FHN-in saxlanılmasına 91 243 964 manat yönəldiləcək. Növbəti ilin büdcəsində də 2010-cu ildə olduğu kimi, Şimali Atlantika Təşkilatı çərçivəsində keçirilən Sülh Naminə Tərəfdaşlıq proqramı və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində keçirilən tədbirlər üçün vəsait nəzərdə tutulmayıb.
Qeyd edək ki bu siyahıya humanitar minatəmizləmə əməliyyatlarını yerinə yetirən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) daxil deyil. Xatırladaq ki, ANAMA üçün 2011-ci ilin büdcəsində ayrıca 7 mln. 400 min manat vəsait nəzərdə tutulur.

624