Azərbaycanla Qazaxıstan arasında mülki müdafiə sahəsində saziş imzalanıb
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Kəmaləddin Heydərov Qazaxıstanın baş naziri Kərim Məsimovla görüşüb. Görüş zamanı iki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. K.Heydərov Xəzər dənizi hövzəsi və sahilyanı ərazilərdə neft çirklənmələri və digər qəzalarla əlaqədar əməkdaşlığın gücləndirilməsi barədə baş nazirlə fikir mübadiləsi aparıb. Daha sonra Qazaxıstanın Fövqəladə Hallar Nazirliyində geniş tərkibdə görüş olub. İki ölkənin fövqəladə hallar nazirləri Vladimir Bojko və Kəmaləddin Heydərov “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti Avrasiya Kazenerji “Avrasiya enerji xəritəsi: risklərin və yeni imkanların balansı” forumunun işində də iştirak edib. Bu zaman nümayəndə heyətinin rəhbəri olan K.Heydərov Kazenerji Assosiasiyasının sədri Timur Kulibayevlə, habelə Astana şəhərinin meri İmanğəli Tasmağanbetovla da görüşüb.

Oxşar yazılar

Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45
Erməni hərbçilər mülki şəxsləri mühasirəyə salıb məhv etdilər - Arayikin MƏHKƏMƏSİ
12 may 2025 , 16:06
Öcalan ölümdən qurtulanda da, PKK ləğv ediləndə də ağlayan analar
12 may 2025 , 12:50