Brayzanın səfirlik məsələsi ilə bağlı müzakirələr qeyri-müəyyən müddətədək təxirə salınıb
ABŞ Senatının yekun iclasında Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələrin vaxtı dəyişdirilib. Senatdakı mənbələr APA-nın Vaşinqton müxbirinə bildirib ki, məsələ hələ gündəlikdə qalmaqdadır: “Bugünkü müzakirələrdə senatorların təyinat məsələlərini nəzərdən keçirməyə imkanı olmadı. Amma bu məsələ hələ də bizim gündəliyimizdədir. Biz növbəti dəfə oktyabrın 8-də toplaşacağıq. Eyni məsələlər, o cümlədən Brayza və Rikardonenin təyinatları da gündəlikdə olacaq”.
Bu arada məsələnin oktyabrın 8-də səsə qoyulub-qoyulmayacağı hələ məlum deyil. Səfirlərin, o cümlədən Metyu Brayzanın təyinatının Senatın növbəti icraçı təqviminə salınmasına baxmayaraq, təyinat məsələlərinin müzakirəsinin vaxtının dəyişdirilməsi normal prosedura kimi təqdim olunur. Mənbənin bildirdiyinə görə, Senatın icraçı təqvimi bir və ya bir neçə günlük deyil, bütün yekun sessiyası üçün tərtib olunur: “Səfirlərin təyinatı ilə bağlı müzakirələrin vaxtını senatorlar özləri təyin edəcəklər”.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29