AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri görüşdü
06 oktyabr 2010 09:50 (UTC +04:00)

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri görüşdü

Görüşdə AŞ PA sədri Mövlud Çavuşoğlu da iştirak edib.

APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşdə hər iki ölkənin AŞ PA-dakı nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov və David Arutyunyan iştirak ediblər.

Bundan başqa, hər iki nümayəndə heyətindəki müxalifətçi deputatları Sabir Hacıyev və Armen Rustamyan da görüşdə olublar.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu sessiya ərzində nümayəndə heyətləri arasında daha bir görüşün keçirilməsinin qərara alındığını və bundan sonra mətbuata ətraflı məlumat verilə biləcəyini bildirib.

Nümayəndə heyətləri arasında növbəti görüş oktyabrın 7-nə təyin olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin sonuncu görüşü bu ilin iyun ayında AŞ PA-nın yay sessiyası çərçivəsində keçirilmişdi.
# 540

Oxşar yazılar