Prezident İlham Əliyev Naxçıvanda yeni obyektlərin açılışına qatılıb
APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib. Prezidentə məlumat verilib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanıb. Dördzolaqlı yolun ümumi uzunluğu 81,95 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Birinci hissəsi dövlət başçısının ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi su ötürücüləri və arxlar çəkilmiş, magistralın üzərində bir neçə yol ötürücü tikilib. İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə “Gəmiqaya” şirkəti yerinə yetirib. Magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsini təşkil edir. Dövlət başçısı inşaatçıları təbrik etdi, onlarla xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev daha sonra Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış olub. Prezidentə məlumat verilib ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulub. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşüb. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı var. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılıb, otaqlar zəruri vəsaitlərlə təchiz olunub. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulub. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılıb. İdman zalı da müasir tələblərə cavab verir. Məktəbin iki kompüter sinfinin hər birində internetə çıxışı olan 19 kompüter var. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcək. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmayıb. Dövlət başçısı yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivi təbrik edib. Müəllimlər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonuna gəlib. Qeyd edək ki, Sədərək rayonu Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə həmsərhəddir. Ötən əsrin 90-cı illərinin əvvəllərində sədərəklilər Ermənistanın aramsız hücumlarına qəhrəmanlıqla sinə gəriblər. Son illərdə bu bölgədə gedən inkişaf prosesləri isə Sədərəyin Azərbaycan üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib. Təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən tədbirlər rayonun ümumi inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Sədərəkdə inşa olunan mərkəzi xəstəxana binası da bu reallıqdan qaynaqlanır.
Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış olub. Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcək. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait var. Dövlət başçısının diqqətinə çatdırılıb ki, səhiyyə islahatları muxtar respublikada uğurla aparılır. Cari ilin ötən dövründə muxtar respublikanın demək olar ki, bütün rayonlarında səhiyyə ocaqlarının tikintisi və mövcud olanların yenidən qurulması prosesi sürətlə davam edib. Xəstəxananın kollektivi göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıq edib. Dövlət başçısı yaradılan şəraitdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Dövlət başçısı səfər çərçivəsində Sədərək rayonundakı 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Dövlət başçısına məlumat verilib ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilib. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılıb. Burada 33 sinif otağı var, fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunub. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilib. Məktəbdə internetə çıxışı olan 31 kompüter var. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir. Məktəbdə 511 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur. Qeyd edilib ki, muxtar respublikanın bütün məktəbləri kompüterlərlə təmin olunub. Məktəblərə hər 19 şagirdə bir dəst olmaqla 2 min 674 kompüter verilib. Dövlət başçısı yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki “N” hərbi hissəsində olub. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub. Prezidentə məlumat verilib ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait var. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilib. Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr edib.

1583