XİN sözçüsü: “Azərbaycan ərazisində Rusiyanın heç bir anklavı olmayıb və yoxdur”
Bu barədə APA-ya Rusiya Federasiyasının Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyindən bildirilib. Diplomatik missiyadan deyiblər ki, həmin kəndlərin sakinləri tərəfindən Dağıstanda keçirilən parlament seçkilərində iştirak barədə müraciət daxil olmayıb.
Xatırladaq bəzi KİV-də məlumat yayılıb ki, Xraxoba və Uryanoba sakinləri Azərbaycan-Rusiya dövlət sərhədinin delimitasiyası haqqında prezidentlər tərəfindən imzalanmış sənədə etiraz edirlər. Onların Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri və Dağıstan parlamentinə keçiriləcək seçkilərə qatılmaq üçün icazə tələb etdikləri xəbər verilir.
Bu məlumatlara münasibət bildirən Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov sakinlərdən XİN-ə heç bir müraciət daxil olmadığını söyləyib. Azərbaycan və Rusiya prezidentləri tərəfindən dövlət sərhədi haqqında saziş imzalandığını xatırladan diplomat, həmin sənədin iki ölkənin qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcəyini diqqətə çatdırıb. Rusiya mətbuatında Xraxoba və Uryanoba kəndlərinin Rusiyanın anklavı adlandırılmasına da toxunan E. Poluxov bəyan edib ki, Azərbaycan ərazisində Rusiyanın heç bir anklavı olmayıb və yoxdur.
Xatırladaq ki, Xraxoba və Uryanoba kəndləri SSRİ dövrində - 1954-cü ildə qışlaq kimi istifadə olunması üçün Dağıstan Muxtar Respublikasına verilib. İcarə müddəti 2004-cü ildə bitib.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08