Müdafiə xərclərimiz 10% artacaq
Bu barədə APA-ya Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov məlumat verib.
«Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsi haqqında» qanun layihəsinin parlamentə daxil olduğunu qeyd edən millət vəkilinin sözlərinə görə, müdafiə xərcləri üzrə nəzərdə tutulan vəsaitin həcmində 2010-cu illə müqayisədə təxminən 10%-ə yaxın artım var. Müdafiə xərcləri üzrə ayrılan vəsaitin 1 mlrd. 236 mln. 900 min manatı müdafiə qüvvələrinin - yəni ordunun saxlanılmasına, 83 mln. 303 min manatı milli təhlükəsizliyə, 2 mln. 200 min manatı isə müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara yönəldiləcək: “Bundan başqa, büdcənin investisiya xərcləri hissəsində də müdafiə sahəsinə müəyyən miqdarda vəsait nəzərdə tutulur. Bu vəsaitlər hesabına müəyyən infrastrukturların tikintisi, yaradılması və alınması və s. var”.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanın dövlət büdcəsindən müdafiə xərclərinə 1 mlrd. 205 mln. 827 min manat vəsait ayrılsa da, ilin ortasında dövlət büdcəsinə yenidən baxılan zaman bu sahəyə əlavə olaraq 400 mln. manat vəsait ayrılıb.
Xatırladaq ki, silahlı qüvvələrin tərkibinə daxil olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti büdcənin hüquq-mühafizə orqanları kateqoriyasından maliyyələşdirilir.

Oxşar yazılar

Tramp 1915-ci il 24 apreldə baş verənləri “soyqırımı” adlandırmadı
24 aprel 2025 , 22:06
Ermənistan Şuşanın işğalına belə hazırlaşıbmış - SƏNƏDLƏR AÇIQLANDI
24 aprel 2025 , 15:17
İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi
24 aprel 2025 , 11:20
Avropa İttifaqının Ermənistandakı missiyaları Azərbaycana təhdid yaradır - DEPUTAT
24 aprel 2025 , 11:17
Mədət Quliyev istefa verdi
24 aprel 2025 , 04:44
Əfv Komissiyasının iclası keçirildi
23 aprel 2025 , 17:41
Milli Şuranın mitinqinə icazə verilmədi
23 aprel 2025 , 17:09