Azərbaycan ABŞ-a nota verib
Separatçı Dağlıq Qarabağ rejiminin üzdəniraq parlamentinin rəhbəri Aşot Qulyanın ABŞ Konqresində görüşləri ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq sentyabrın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
XİN mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, görüş zamanı amerikalı diplomata Azərbaycan tərəfinin etiraz notası verilib və bildirilib ki, Azərbaycan tərəfi belə hallar baş verdiyi üçün dərin təəssüfünü və qəti etirazını bildirir. Görüşdə, həmçinin qeyd olunub ki, Azərbaycan mövqeyi prinsipial olaraq qalır: “Belə cəhdlər - işğal olunmuş ərazilərdən hansısa şəxslərin üçüncü ölkələrə səfərinin təşkil edilməsi, xüsusən də, ABŞ-ın həmsədr olduğunu nəzərə alaraq, belə səfərlərin bu ölkəyə təşkil olunması Azərbaycan tərəfinin qəti narazılığı və etirazına səbəb olub. Belə səfərlər ölkələr arasında münasibətlərə kölgə sala bilər”.
Notaya cavab olaraq, bir neçə gün sonra ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanın ABŞ-dakı səfirliyinə bildirilib ki, A. Qulyanın səfəri fərdi qaydada – Ermənistan vətəndaşı olaraq, şəxsi səfər kimi həyata keçirilib və bu səfər zamanı o, heç bir rəsmi görüş keçirməyib. ABŞ tərəfi Azərbaycan ərazi bütövlüyünü tanıdığı barədə mövqeyini bir daha təkrarlayıb.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53