Milli Məclisin payız sessiyası başladı
APA-nın məlumatına görə, sessiyanın bu gün başlayan ilk iclası Azərbaycan Respublikasının dövlət himni ilə açılıb. Sonra parlamentin sədri Oqtay Əsədov çıxış edib. Spiker 3-cü çağırış parlamentin fəaliyyəti dövründə Milli Məclisdə 1058 qanun və sənəd qəbul edildiyini, parlament nümayəndə heyətinin bu müddətdə 70-dən çox ölkəyə 820-dən çox səfər etdiyini bildirib. İclas davam edir.
Qeyd edək ki, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir.
Payız sessiyasında “Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi də gözlənilir. Lakin hələlik layihə parlamentə təqdim olunmayıb.

Oxşar yazılar

Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04