Tapdıq Abbas Müsavat Partiyasından getdi
Tapdıq Abbas APA-ya açıqlamasında bildirib ki, sentyabrın 23-də partiya sıralarından uzaqlaşmaq üçün partiyanın Beyləqan rayon təşkilatına ərizə ilə müraciət edib və bu istəyi təmin olunub: “Deputatlığa namizədliyimi irəli sürdüyümə görə partiyadan dəstək almadım. Əvəzində mənə qarşı qərəzli addım atıldı və töhmət verildi. Rayonda və partiya sıralarında olan tərəfdarlarım partiyadan uzaqlaşmağımı istədilər. Partiya rəhbərliyi ilə bu mövzuda hər hansı müzakirəm olmayıb”.
T. Abbas 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini müstəqil şəkildə irəli sürdüyünü deyib. O, siyasi fəaliyyətini hansısa partiyada davam etdirmək niyyətində olmadığını söyləyib.
Müsavat Partiyası təşkilat şöbəsindən isə APA-ya bildirilib ki, Nizamnaməyə əsasən öz ərizəsi ilə təşkilatdan çıxan şəxsin müraciəti dərhal qəbul olunur.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29