Müsavat MSK-da boş qalmış yerlərə nümayəndələr göndərdi
Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
İclasda seçki komissiyalarında Müsavat Partiyası üçün ayrılmış yerlərə nümayəndələr təyin etmək barədə qərar qəbul olunub.
“Biz eyni zamanda, bütün dairə seçki və məntəqə seçki komissiyalarının hər birinə nümayəndə təyin etmək niyyətindəyik”, - deyə Arif Hacılı əlavə edib.
Divanın bugünkü iclasında Mərkəzi Seçki Komissiyasındakı iki yerə nümayəndələr müəyyənləşdirilib. Bunlar Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir. Divanın qərarına əsasən, müxalifətdən olan MSK katibi vəzifəsinə də Gülağa Aslanlının namizədliyi irəli sürülüb.
A. Hacılı bildirib ki, bu qərar qəbul olunarkən indiyə qədər aparılan fəaliyyətin nəticələri, seçki strukturlarından və cəmiyyətdən olan çağırışlar, eyni zamanda beynəlxalq qurumların bununla bağlı mövqeləri nəzərə alınıb: “Müsavat Partiyasının belə bir qərar qəbul etməsi ilə heç də seçki komissiyalarının formalaşdırılması qaydasının dəyişdirilməsi və iddiaçı tərəflərin etimad göstərdiyi qaydada formalaşması ilə bağlı bizim əvvəlki tələblərimiz qüvvədən düşmür. Əksinə, bu tələblər daha ciddi şəkildə irəli sürüləcək”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29