Çexiya parlamentinin nümayəndə heyəti İçəri Şəhərdə olub
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakının əvvəllər yalnız İçəri Şəhərdən ibarət olduğu, daha sonra genişlənərək möhtəşəm sənaye şəhərinə çevrildiyi qonaqların diqqətinə çatdırılıb.
Çexiyalı qonaqların İçəri Şəhərdə gəzintisi YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası ilə tanışlıqla başlanılıb. Sıratağlı dini-memarlıq kompleksinin (“Bazar Meydanı”) ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri qonaqların marağına səbəb olub. Buxara Karvansarası ilə tanış olan qonaqlara bu abidənin Azərbaycanın şərq ölkələrilə zəngin tarixi, iqtisadi-mədəni əlaqələrə malik olmasının göstəricisi olduğu bildirilib. Qonaqların gəzintisi Qoşa Qala meydanı ilə tanışlıqla davam etdirilib, meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilib.
İçəri Şəhərlə tanışlıq Azərbaycan xalqının mədəni irsinin incisi, dünya əhəmiyyətli tarixi abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə yekunlaşıb. Kompleksə daxil olan abidələrin hər birinin memarlıq xüsusiyyətləri haqqında qısa informasiya verilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29