YAP AXCP-nin Müsavatla birləşmək qərarına münasibət bildirdi
28 sentyabr 2010 18:27 (UTC +04:00)

YAP AXCP-nin Müsavatla birləşmək qərarına münasibət bildirdi

APA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov partiyanın saytına müsahibəsində AXCP-nin qurultayında Müsavat Partiyası ilə birləşmək barədə qərar verməsini şərh edərkən deyib. O bildirib ki, istər birlikdə, istər ayrılıqda, istərsə hətta özlərinə başqa partiyaları da qoşsalar, AXCP və Müsavat Partiyası YAP-ın bir rayon təşkilatının gücünə malik deyillər, bir rayon təşkilatına alternativ ola bilməzlər: “YAP-ın Gəncə şəhər təşkilatında 24 mindən çox partiya üzvü birləşib. Hətta Bakının elə rayon təşkilatları var ki, on minlərlə üzvü var. Bu təşkilatların həmin partiyaların ümumi cəmindən çox üzvü var. Bundan başqa, partiyamızın rayon təşkilatlarının gördüyü işlər, fəaliyyəti də o partiyaların fəaliyyətindən artıqdır. Hətta yerli təşkilatlarımız cəmiyyətdə daha çox tanınır, nəinki o partiyalar. Həmin siyasi partiyalar sadəcə, qəzet səhifələrində mövcuddur. Onlar şou düzəldirlər, bu şouların da əsasında xaricdən verilən əmrlər dayanır. İkinci bir tərəfdən, bu şouların əsasında xaricdən pul qopartmaq istəyi var. Bu partiyaların heç biri imzatoplama kampaniyasını apara bilmir. Hətta namizədlərinin sənədlərini dairələrə doğru-düzgün təqdim edə bilmirlər. 10 günə yaxın bir dövrdən sonra imzatoplama və qeydiyyata alma mərhələsi başa çatacaq. Oktyabrın 15-dən isə təşviqat kampaniyası başlayacaq. Həmin partiyalar heç götürdükləri imza vərəqələrini də geri qaytara, yaxud elan etməyinə baxmayaraq ki, filan dairədən namizəd irəli sürülüb, həmin namizədin sənədlərini toplayıb DSK-ya təqdim edə bilmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar