Ərdoğan Azərbaycana gələcək
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç APA-ya açıqlamasında səfərin ilin sonuna kimi baş tutacağını bildirib.
Səfərin məqsədi Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar geniş tərkibli Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.
Türkiyə baş nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətinə müxtəlif sahələri təmsil edən nazirlər daxil olacaq. Heyətin tərkibi və səfərin dəqiq tarixi isə oktyabr-noyabr aylarında müəyyənləşəcək.
Səfər çərçivəsində Azərbaycan tərəfi ilə Şuranın fəaliyyəti müzakirə olunacaq, birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. “Bununla bağlı bir sıra tədbirlər planlaşdırılır. Bunlar iqtisadi, enerji, mədəniyyət və digər sahələrdir. Bu sahələrdə layihələr hazırlanacaq”, - deyə səfir bildirib.
Qeyd edək ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə” sentyabrın 15-də İstanbulda imzalanıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29