Azərbaycan prezidentinin rəsmi YouTube videokanalı fəaliyyətə başlayıb
APA-nın məlumatına görə, son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənib, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanıb, məşhur qlobal sosial şəbəkə olan Twitter-də prezidentin səhifəsi fəaliyyətə başlayıb, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilib.
Dinamik inkişaf edən informasiya məkanında multimedia məzmuna malik məlumatların yüksələn önəmini nəzərə alaraq, məşhur video paylaşım saytı olan YouTube ilə əldə edilmiş razılığa əsasən Azərbaycan prezidentinin rəsmi YouTube videokanalı fəaliyyətə başlayıb. Qeyd etmək lazımdır ki, MDB ölkələri arasında yalnız Rusiya və Azərbaycan prezidentlərinin rəsmi YouTube kanalı var.
Rəsmi YouTube kanalının adi istifadəçi kanallarından fərqi ondan ibarətdir ki, kanalın dizaynı Azərbaycan prezidentinin rəsmi internet səhifəsinə tam inteqrə olunub, video çarxların həcminə və uzunluğuna qoyulan məhdudiyyətlər qaldırılıb.
Kanalda Azərbaycan prezidentinin nitqlərinin, görüşlərinin, qəbullarının, tədbirlərdə iştirakının, mətbuat konfranslarının, müsahibələrinin video görüntülərinə baxmaq mümkündür.
Prezidentin YouTube kanalına rəsmi internet səhifədən (president.az) və ya birbaşa aşağıdakı ünvandan daxil olmaq mümkündür: www.youtube.com/presidentaz

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29