Rauf Denktaşa həsr olunmuş kitabın təqdimatı keçirildi –
Lent.az-ın məlumatına görə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Quzey Kıbrıs Türk Cümhuriyyətinin ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illəri, ada türklərinin haqları uğrunda başladığı mübarizə, siyasi-diplomatik çalışmaları, xatirələri yer aldığını bildirib. R. Məcid qeyd edib ki, kitab Qənirə Paşayevanın həyat keçirdiyi “Türk dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində hazırlanıb.
Kitabın tərtibçisi-müəllifi Qənirə Paşayeva isə “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabının bütün universitetlərə və kitabxanalara pulsuz paylanacağını vurğulayıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc kitabın nəşrini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Rauf Denktaş bir vətəndaş kimi ömrünü Kıbrısın azadlığına həsr edib. Bu mübarizə yolu da kitabda konkret faktlarla öz əksini tapıb.
Qeyd edək ki, “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabının baş məsləhətçisi Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədət Quliyev istefa verdi
24 aprel 2025 , 04:44
Əfv Komissiyasının iclası keçirildi
23 aprel 2025 , 17:41
Milli Şuranın mitinqinə icazə verilmədi
23 aprel 2025 , 17:09
İlham Əliyevin Çinə səfəri: Bakı-Pekin strateji tərəfdaşlığının YENİ ERASI
23 aprel 2025 , 16:01
Azərbaycan Prezidentinin Çində rəsmi qarşılanma mərasimi olub
23 aprel 2025 , 07:09
Azərbaycan-Çin münasibətləri - Yeni Perspektivlər
22 aprel 2025 , 18:24
Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47