
Həmsədrlər bəyanatla çıxış ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik sentyabrın 23-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər. Vasitəçilər hər iki xarici işlər nazirini oktyabrın 4-14-də ATƏT-in qiymətləndirici missiyasının münaqişə zonasına planlaşdırılan səfərə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar. Bəyanatda qeyd olunur ki, həmsədrlər BMT-nin Cenevrə və Nyu-Yorkdakı rəsmi şəxsləri ilə əvvəldən apardığı danışıqlar əsasında BMT İnkişaf Proqramının və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının ekspertlərini rəsmi şəkildə missiyada iştiraka dəvət ediblər. Bundan başqa vasitəçilər Azərbaycan və Ermənistan xarici işlər nazirlərini növbəti aylar üçün nəzərdə tutduqları fəaliyyət planı, o cümlədən ATƏT-in Astana sammitinə hazırlıq işləri ilə bağlı məlumatlandırıblar.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29