Bakıda beynəlxalq konfrans işə başlayıb
25 sentyabr 2010 12:44 (UTC +04:00)

Bakıda beynəlxalq konfrans işə başlayıb

APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rizaev bildirib ki, tədbirdə seçkilərlə bağlı şikayətlərin baxılması sahəsində bir sıra mühüm məsələlər müzakirə ediləcək. Onun sözlərinə görə, seçkilərin Azərbaycanın əsas məqsədi ölkə Konstitusiyasına, beynəlxalq müqavilələrə və Avropa standartlarına uyğun keçirilməsidir.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, 2008-ci ildə Seçki Məcəlləsinə edilən dəyişiklər əsasında seçkilərə dair şikayətlərin baxılması üçün yeni mexanizm hazırlanıb, həmin şikayətlərə baxan ekspert qruplar yaradılıb. O seçkilərlə bağlı cəmiyyətdə fəallığın hiss olunduğunu, minə yaxın insanın seçkilərə qatılmaq üçün müraciət etdiyini, siyasi partiyalar arasında da aktivliyin olduğunu, 14 partiyanın 5 seçki blokunda birləşdiyini deyib.

Konfransda çıxış edən Venesiya Komissiyasının katibi Tomas Markert Avropa Surasının azad seçkilərə böyük önəm verdiyini deyib: “Bu tədbir Ali Məhkəmə ilə birlikdə keçirildiyinə görə mən Venesiya Komissiyası barədə bəzi məlumatlar vermək istəyirəm. Konstitusiya islahatlarının aparılmasında Venesiya Komisiyasi yaxından iştirak edir. Qonsu Gürcüstanda biz bu məsələlərdə yaxından iştirak edirik. Lakin bizim fəaliyyətimiz daha genişdir. Biz Ombudsman Aparatına da seçki ilə bağlı bəzi tövsiyələrimizi vermişik. Bu günlərdə biz seçki qanunvericiliyi ilə məşğul oluruq. Bir çox ölkələrdə, eyni zamanda Azərbaycanda Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflərimizi vermişik və bu təkliflər bizim bu gün müzakirə etdiyimiz məsələlərə də aiddir. Venesiya Komissiyası Avropa Şurasının bir çox orqanları ilə birlikdə fəaliyyət göstərir. Avropa Şurası Parlament Assambleyası və yerli özünü idarəetmə orqanları ilə yaxından əlaqə saxlayır və birgə işləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275

Oxşar yazılar