Qazaxıstan jurnalında Hikmət Babaoğlunun məqaləsi dərc olunub
«Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu» adlı məqalə müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında dövlət quruculuğu işlərinin həyata keçirilməsi və bu illərdə ölkədə demokratik dəyərlərin bərpa olunması, insan hüquq və azadlıqlarının qorunması, dini tolerantlığın təmin edilməsilə bağlı Heydər Əliyev tərəfindən həyata keçirilən işlər, həmçinin, hazırda həmin siyasətin davamı kimi insan hüquq və azadlıqlarının təmin edilməsi, ölkənin siyasi-iqtisadi inkişafı və respublikamızda vətəndaş cəmiyyətinin demokratik dəyərlərinin bərqərar olunması ilə bağlı atılan addımlardan söhbət açılır.
Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələrlə bağlı Azərbaycanın haqlı mövqeyi məqalədə geniş şəkildə təhlil olunur, həmçinin, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin problemin həll olunmasında iştirakı məsələlərinə toxunulur.
Məqalədə eyni zamanda getdikcə güclənən Azərbaycanın regionda və dünyada aparıcı güclərdən birinə çevrilməsi məsələləri təhlil olunur və onun siyasi, iqtisadi, hərbi və geostrateji vəziyyətinin bu amilin güclənməsində xüsusi rol oynadığı qeyd edilir. Sonda belə bir nəticə ifadə edilir ki, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz sözü, yeri və rolu olan, sözün bütün mənalarında müstəqil bir dövlətə çevrilib.
Müəllif ölkəmizin bu mövqeyinin regionda, o cümlədən dünyada baş verən siyasi-iqtisadi proseslərə təsir etmək imkanları yaratdığını və bunun milli maraqlarımızın qorunmasında xüsusi rol oynadığını qeyd edib.

1072