Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisi ləğv olunur
24 sentyabr 2010 15:31 (UTC +04:00)

Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisi ləğv olunur

Avropa Şurasının Azərbaycandakı Ofisində fəaliyyət göstərən İnformasiya Ofisi ləğv olunur.


Ofisdən APA-ya verilən məlumata görə, bu, Avropa Şurasında keçirilən islahatlar çərçivəsində həyata keçirilir. Ofis ilin sonuna kimi ləğv olunacaq.


Qeyd edək ki, qurumda baş verən struktur dəyişikliklərinə Tyornborn Yaqland təşkilata baş katib seçiləndən sonra başlanıb.

Xatırladaq ki, Avropa Şurasının Azərbaycandakı Ofisi 2002-ci il noyabrın 4-dən fəaliyyət göstərir. Bir müddət sonra Avropa Şurası baş katibinin xüsusi nümayəndəsinin ofisi və Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisi ayrı-ayrılıqda fəaliyyətə başladı. Lakin sonradan bu iki ofis bir binada fəaliyyət göstərib. İnformasiya Ofisi baş katibin xüsusi nümayəndəsinin ofisinin tərkibinə daxil edilmiş, İnformasiya Ofisinin direktoru vəzifəsi ictimaiyyət və mətbuatla əlaqələr üzrə menecer vəzifəsi ilə əvəz olunmuşdu. Bir müddət sonra isə İnformasiya Ofisinin direktoru vəzifəsi bərpa edilmişdi.


Onu da qeyd edək ki, 2005-ci ildən İnformasiya Ofisinə rəhbərlik edən İlqar İbrahimli bu ilin yayında başqa işə keçib.
# 683

Oxşar yazılar