Gül BMT-də Qarabağdan danışdı
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Abdulla Gül deyib ki, Ankara Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır.
Türkiyə prezidenti bildirib ki, Türkiyə ərazi bütövlüyünün qorunması prinsipi əsas götürülməklə regionda uzun müddətli sülhə nail olmaq istiqamətində səy göstərir: “Son illər biz şahidi olduq ki, dondurulmuş münaqişələr çox asanlıqla regionda toqquşmalara yol aça bilir”.
Abdulla Gül BMT tribunasında çıxışı zamanı digər məsələlərlə bağlı da rəsmi Ankaranın mövqeyini açıqlayıb. O, Türkiyənin Kipr məsələsi ilə bağlı mövqeyinin dəyişmədiyini dilə gətirib, dünya ictimaiyyətini Şimali Kipr Türk Cümhuriyyətinə qarşı təcrid siyasətinə son qoymağa çağırıb. O, İranın nüvə probleminin isə sürətlə və sülh yolu ilə tənzimlənməsini məqbul saydıqlarını vurğulayıb.
Abdulla Gül Türkiyənin İsraildən rəsmi üzr istəməsini və Mavi Mərmərə gəmisinə basqın zamanı ölənlərin ailələrinə kompensasiya verilməsini gözlədiklərini də qeyd edib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29