
Erməni diplomat Bakıda
Azərbaycan Dövlət Filarmoniyasında “Üzeyir Hacıbəyov-125” beynəlxalq musiqi festivalı çərçivəsində məşhur dirijor, SSRİ xalq artisti, Moskva Beynəlxalq Musiqi Evinin prezidenti Vladimir Spivakovun rəhbərliyi ilə MDB Ölkələrinin Gənclər Simfonik Orkestrinin konserti keçirilib. APA-nın məlumatına görə, konsert proqramından öncə çıxış edən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək imkanı əldə etdiyi üçün qürur hissi keçirdiyini bildirib. Konsert proqramını izləyənlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Armen Smbatyanın da olduğunu deyən Mixail Şvıdkoy hər iki səfiri salamlayıb. Daha sonra konsert proqramı solistlər Senin və Olqa Volkovanın çıxışları ilə davam edib. Proqramda Üzeyir Hacıbəyovun “Arazbarı”, Cüzeppe Verdinin “Taleyin gücü” operasından, Pyotr Çaykovskinin “Qu gölü” və “Şelkunçik” baletindən parçalar ifa olunub.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29