“İstiqlal” snayper tüfəngi ilk dəfə beynəlxalq sərgiyə çıxarılıb
APA-nın məlumatına görə, 14,5 mm çaplı «İstiqlal» snayperinin (İST14,5 - Anti-Material Rifle) tüfənginin təkmilləşdirilmiş və nisbətən kiçik modeli olan İST 12,7 ilk dəfə olaraq Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində «Afrika Aerospace Defence-2010 (AAD-2010)» müdafiə sərgisində nümayiş olunur.
APA-nın sərgiyə qatılan Azərbaycan heyətindən aldığı məlumata görə, sərgidə bildirilib ki, həm İST12,7, həm də İST14,5 modelləri uzaq məsafədən, hətta zirehli hədəflərə qarşı artırılmış effektliliyə malikdir.
Bununla yanaşı yeni silahın fərqli xüsusiyyətləri də var. Məsələn, İST12,7-nin atəş açdığı 12,7 mm çaplı güllələrin 100 metr məsafədən 20 mm qalınlığındakı zirehi deşmə ehtimalı 90 faiz təşkil edir. İST15,5 tüfənginin darağı 5, İST12,7-nin darağı isə 7 güllə tutur. İST12,7-nin lüləsinin uzunluğu 1100 mm, İST14,5 tüfəngininki isə 1300 mm-dir. Hər iki tüfəng +50 və - 50 dərəcə tempraturlarda istifadə oluna bilir.
Qeyd edək ki, bundan əvvəl İST14,5 modeli 2009-cu ildə Türkiyədə keçirilən İDEF-2009 və bu il İordaniyada keçirilən SOFEX-2010 sərgilərində nümayiş olunub.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29