Kütləvi aksiyalar keçirmək üçün hökumətin təklif etdiyi yeni yerlər
APA-nın məlumatına görə, təklif olunan yeni yerlərin adı bir müddət öncə ATƏT-in Bakı Ofisi təmsilçiləri ilə görüşdə səsləndirilib.
Bu yerlər isə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Təbriz” kinoteatrının qarşısı və keçmiş “Qələbə” kinoteatrı ilə metronun “İnşaatçılar” stansiyasının arasında yerləşən meydandır. Bundan başqa, əvvəllər müxalifətə aksiya keçirmək üçün təklif olunan yerlər də siyahıda yer alıb.
Bakı Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlərin siyahısına hələ ki, yeni yerlərin daxil edilmədiyini bildirib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlərin siyahısının hazırlandığı ilə bağlı məlumatı iyunun 10-da ATƏT-in Bakı Ofisinin Əli Bilge Cankorel verib. Sentyabrın 8-də isə AXCP sədri Əli Kərimli həmin məlumatı təkrarlayan açıqlama verib. Lakin indiyədək təklif olunan yerlərin adları açıqlanmırdı.

715