“İcra hakimiyyətləri seçkilərdə administrativ resurslardan bu və ya digər namizədin xeyrinə istifadə etməməlidir”
Polis seçkilərdə qanuna uyğun olaraq asayişi qorumalıdır. İcra hakimiyyətləri qanuna uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər. Onlar Seçki Məcəlləsinə uyğun olaraq, namizədlərin seçkilərə təmas qurmasına şərait yaratmalıdırlar”. APA-nın xəbərinə görə, bunu “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən məlumat sessiyasındakı çıxışında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Ə. Həsənov qeyd edib ki, icra hakimiyyətləri administrativ resurslardan bu və ya digər namizədin xeyrinə istifadə etməməlidir: “Əvvəlki seçkilərdə seçkiyə qatılan bəzi tərəflər əvvəlcədən məsələni belə qoyurdular ki, “biz qalib gələcəyik, məğlub olacağıqsa, deməli, seçkilər saxtalaşdırılıb”. Sevindirici haldır ki, artıq bunlar arxada qalıb. Bu cür iddiaları olan adamlar cəmiyyətdə azlıq təşkil edir. Əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən şərt irəli sürmədən bütün qüvvələr və bütün iddialı namizədlər seçkilərə qatılıblar və ya qatılacaqları barədə bəyanatlar veriblər. Əvvəli illərdə bu və ya digər partiya öz uğursuzluğunu əvvəlcədən sığortalamaq üçün bəyanatlar verirdi ki, “biz bu seçkilərə qatılmırıq, çünki proses saxtalaşdırılacaq”. Digər bəzi qurumlar isə başqa bəhanələr gətirərək seçkilərə qatılmaqdan boyun qaçırırdı. Bu il isə bütün tərəflər seçkilərə qatılıb. Düşünürəm ki, builki seçkilər xüsusi fəallıq və yarış şəraitində keçəcək”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29