Əli Əhmədov: “Partiya üzvünün seçkidə həmin partiyanın namizədinə rəqib olması anormal haldır”
18 sentyabr 2010 18:34 (UTC +04:00)

Əli Əhmədov: “Partiya üzvünün seçkidə həmin partiyanın namizədinə rəqib olması anormal haldır”

Yeni Azərbaycan Partiyası (YAP) olaraq biz partiyanın vahid namizədlər siyahısını müəyyənləşdirmişiksə, YAP-ın hər bir üzvünün borcu ondan ibarət olmalıdır ki, bu siyahıda yer tutmuş partiya üzvlərinin seçki kampaniyasında uğur qazanmasını təmin etmək üçün öz üzərinə düşən partiya vəzifəsini və borcunu layiqincə yerinə yetirsin. Əks mövqe tutanlar, yəni YAP-ın namizədlərinə alternativ olaraq öz namizədliklərini irəli sürüb nəticə etibarı ilə ona rəqib olanlar əslində YAP-a rəqib olacaqlar”.


Bunu APA-ya açıqlamasında YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O bildirib ki, bir partiyanın üzvü olub seçki kampaniyasında həmin partiyanın namizədinə rəqib olmaq anormal haldır: “Heç bir partiya buna dözməz. Əslində həmin insan bu hərəkəti ilə özünü partiyadan kənarda qoymuş olur. Güman edirəm ki, YAP üzvlərinin mütləq əksəriyyəti bu reallığı, məntiqi dərk edir. Dərk etməyənlər isə böyük səhvə yol verirlər. İnanmaq istəyirəm ki, bu günə qədər səhv addım atıb fərdi qaydada namizədliyini irəli sürərək nəticə etibarı ilə partiyanın müəyyənləşdirdiyi namizədə rəqib olan YAP üzvləri öz səhvlərini düzəltmək gücünü özlərində tapacaqlar. Onu da deyim ki, bu günə qədər seçki dairələrinə müraciət edərək fərdi qaydada namizədliklərini irəli sürən YAP üzvlərinin sayı demək olar ki, çox cüzi bir rəqəm təşkil edir”.


Ə. Əhmədov YAP üzvü olan millət vəkili Aydın Həsənovun namizədliyini fərdi qaydada irəli sürməsinə də münasibət bildirib: “Mən güman edirəm ki, Aydın Həsənov atdığı addımın səhv olduğunu dərk edəcək”.

Qeyd edək ki, 2005-ci ildə 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilmiş YAP üzvü Aydın Həsənov 2010-cu il noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək üçün fərdi qaydada namizədliyini həmin dairədən irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar