Eldar Sabiroğlu Ohanyana cavab verdi
18 sentyabr 2010 15:39 (UTC +04:00)

Eldar Sabiroğlu Ohanyana cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya verdiyi açıqlamada Ohanyanın son bəyanatını belə şərh edib: “Seyran Ohanyan indi çox acınacaqlı vəziyyətə düşüb. Ona görə də ondan hər cür söz eşitmək mümkündür. Müşahidələr göstərir ki, onun hərəkətləri ilə məntiqi arasında geniş məsafəli uyğunsuzluq hökm sürür. Bu hal tez-tez təkrar olunur. Elə götürək son video-roliki. Müdafiə naziri sanki heç nə olmamış kimi parlament üzvləri qarşısında çıxış edərkən Ermənistanı bir-birinə vuran faktı təkzib etdi və bildirdi ki, bu, tamamilə dezinformasiyadır. Ancaq iki gün keçməmiş öz tabeliyində olan qurumlardan biri – hərbi polis cinayətin üstünü açaraq əsgərə təcavüz etmək istəyən zabitin kimliyini aşkara çıxardı və o, həbs edildi . Hazırda prokurorluq orqanları istintaq işinə başlayıb. Bir ölkənin müdafiə nazirinin vəziyyətə yanaşma tərzi ilə onun hansı məsuliyyət hissinə malik olduğunu müəyyən etmək çətin deyil”.


Eldar Sabiroğlu bildirib ki, Ermənistan daxilində gedən proseslər və ölkənin resursları güclü orduya sahib olmağa imkan vermir: “Ölkədaxili proseslər və imkanlar buna qətiyyən cavab vermir. Çünki Ermənistandakı iqtisadi tənəzzül, siyasi hərc-mərclik, silahlı qüvvələrdə tüğyan edən özbaşınalıq ordu quruculuğuna böyük zərbələr vurub. Belə vəziyyətdə necə etmək lazımdır ki, biabırçılıqların üstü örtülsün?! Bu səbəbdən də müdafiə naziri Ohanyan yalan bəyanatlarla cəmiyyətin orduya qarşı qırılmış inamını bərpa etməyə can atır. Bunun baş tutması ona görə olduqca çətindir. Bir az əvvəl qeyd etdiyim kimi, Ermənistan silahlı qüvvələrində kök salan ağır problemlər, bir-birini əvəz edən zorakı cinayətlər əhalidə orduya qarşı böyük ikrah hissi yaradıb. İnsanlar öz övladlarını orduya göndərməkdən açıq-aşkar imtina edirlər. Artıq ölkənin bəzi siyasi dairələrində də vəziyyət açıq etiraf olunmağa başlayıb. Ölkə vətəndaşları öz ordularını faşist ordusu ilə müqayisə edirlər. Hətta rəqabət baxımından faşist ordusundan irəli gedildiyi bildirilir. Bunu ki, başqaları söyləmir, onların özləri deyirlər. Silahlı qüvvələrin gücündən dəm vuran Seyran Ohanyanın müdafiə naziri kimi orduda yaratmış olduğu «parlaq» mənzərə məhz bundan ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar