“Demokratiya”nın emblemi və namizədlərindən biri dəyişdi - FOTO
“Demokratiya” siyasi partiyalar blokunun emblemi dəyişdirilib. Bu barədə Lent.az-a Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri, partiyanın Siyasi Şurasının üzvü Samir Əsədli məlumat verib.
Blokun öncəki emblemində hər iki partiyanın gerbi göstərilib. Bu, Seçki Məcəlləsinə uyğun olmadığı üçün emblem dəyişdirilib. Blokun səlahiyyətli nümayəndələrinin birgə iclasında hazırlanmış yeni emblem təsdiq olunub və Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Yeni emblemdə iki əl bir-biri ilə görüşür, bunun üzərində Demokratiya, aşağısında blok sözü yazılıb. Bu, iki partiyanın seçkilərdə birgə mübarizə aparmasını, həmrəyliyin və Azərbaycanda islahatların həyata keçirilməsinin zəruriliyini özündə ehtiva edir.
Samir Əsədli qeyd edib ki, “Demokratiya” siyasi partiyalar blokunun 107 seçki dairəsi üzrə 120 namizəd irəli sürəcək. Artıq 80-ə namizəd müvafiq dairələrə müraciət edib, imza vərəqləri götürənlər də var. Sabahdan blokun namizədləri imza toplama kampaniyasına start verirlər. Buna görə də bu gün Azərbaycan Beynəlxalq Bankın Yasamal rayon şöbəsində blokun seçki hesabı açılıb.
Samir Əsədli onu da nəzərə çatdırıb ki, blokun 30 saylı Suraxanı 1-ci dairəsindən irəli sürdüyü vahid namizəd də dəyişib. Bu dairədən Vətəndaş Həmrəyliyi qəzetinin redaktoru Dəyanət Səlimxanlı yox, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, “Gündəlik Bakı” qəzetinin baş redaktorunun müavini Vazeh Mehdiyev namizəd olacaq.
Qeyd edək ki, “Demokratiya” siyasi partiyalar blokunda Vətəndaş Həmrəyli Partiyası və Demokratik İslahatlar Partiyası bir araya gəlib.

Oxşar yazılar

Əfv Komissiyasının iclası keçirildi
23 aprel 2025 , 17:41
Milli Şuranın mitinqinə icazə verilmədi
23 aprel 2025 , 17:09
Azərbaycan Prezidentinin Çində rəsmi qarşılanma mərasimi olub
23 aprel 2025 , 07:09
Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50