Serj Sərkisyan: “İran Azərbaycanın səylərini neytrallaşdırır”
Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin İranın dəstəyi olmadan iqtisadi baxımdan ayaq üstdə durmasının mümkünsüz olduğunu etiraf edib.
Lent.az-ın verdiyi məlumata görə, Serj Sərkisyan Ukraynanın “Profil” nəşrinə müsahibəsində deyib ki, Ermənistan xarici aləmlə Gürcüstan və İran üzərindən əlaqə saxlayır.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Gürcüstanda qeyri-stabil vəziyyət yaranıb: Əgər İran yolu olmasaydı, Ermənistan bazarlarında məhsullar 4-5 dəfə bahalanar və iqtisadiyyatımız iflic duruma düşərdi. Bundan əlavə, İran zəngin enerji resurslarına malikdir, Ermənistanda isə enerjidaşıyıcı resursları yoxdur. Biz bu sahədə də sıx əməkdaşlıq edirik.
Serj Sərkisyan İranın İslam Konfransı Təşkilatında Azərbaycanın səylərini faktiki neytrallaşdırdığını da dilə gətirib: “İslam Konfransı təşkilatı daxilində Azərbaycan Ermənistanla münaqişəni dinlərarası münaqişə kimi qələmə verməyə çalışır. Ancaq Azərbaycanın bu cəhdləri asanlıqla təkzib olunur. Çünki Ermənistanın İranla çox gözəl münasibətləri var. İran Qarabağ münaqişəsinə çox vacib yanaşma ortaya qoyur...”.
Qeyd edək ki, İranın Ermənistanı ərzaq məhsulları və yanacaqla canfəşanlıqla təmin etdiyi 1990-cı illərdə Azərbaycan torpaqları işğal olunub.

630