“Artıq bir millət, altı dövlətik”
İstanbuldakı “Çırağan” Sarayında keçirilən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan dövlət başçılarının iştirak etdiyi sammitin açılışında Türkiyə prezidenti Abdulla Gül çıxış edib. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Abdulla Gül türk dövlətlərinin rəhbərləri ilə görüşlərinin onun üçün xüsusi əhəmiyyət və məna daşıdığını söyləyib.
O deyib ki, qardaş xalqlarımız və ölkələrimiz arasındakı ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan bağlar çox güclüdür, bu təməl üzərində qurulan əlaqələrimiz də təbii olaraq genişdir: “Ona görə qardaş ölkələrin prezidentləri ilə nə qədər sıx görüşsək də, münasibətlərimizin daha irəliyə daşınması istiqamətində mövzular hər zaman gündəliyimizin üst sıralarında yer alır”.
Sammitin gündəliyində çox məsələnin olduğunu deyən Türkiyə prezidenti keçən il Naxçıvanda imzalanan Əməkdaşlıq Şurasının yaradılması haqda qərarı icra edəcəklərini bildirib. O, Türkiyənin böyük əhəmiyyət verdiyi Naxçıvan anlaşmasını qısa müddət ərzində imzaladığını, bəzi ölkələrin hələ imza atmamasına rəğmən Ankaranın hazırlıqları davam etdirdiyini xatırladıb. Abdulla Gül Naxçıvanda qəbul edilən qərar əsasında yaradılacaq Əməkdaşlıq Şurasının katibliyinin İstanbulda olacağını, bu gün katibliyin yaradılması haqda qərarı tamamlayacaqlarını və baş katibi təyin edəcəklərini bildirib: “Əməkdaşlıq Şurasının atalarımızdan miras aldığımız ortaq dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından önəmli rol oynayacağına inanırıq. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq bağlarının artıq konkret əməkdaşlığa çevriləcəyinə güvənirik. Bugünkü müzakirələrimizdə də müştərək mənafelərimizi maraqlandıran bütün məsələlər üzərində ətraflı fikir mübadiləsi aparacağıq”.
Türk dövlətlərinin bölüşdüyü coğrafiyanın geniş əməkdaşlıq imkanları ilə yanaşı, problemlərlə qarşı-qarşıya olduğunu vurğulayan Abdulla Gül bu baxımdan regional əməkdaşlıq və həmrəyliyin mühüm olduğunu dilə gətirib: “Artıq bir millət altı dövlətik. Bu, Şuranın yaradılması ilə “Əməldə birlik” şüarı reallaşacaq. Bütün türk dövlətləri bu quruma sahiblənməlidir. Burada məqsəd bürokratik bir qurum yaratmaq deyil. Məqsəd xalqların təşəbbüskar ruhunu və potensialını hərəkətə keçirməkdir”.
Sammitin yekununda liderlər birgə bəyannamə imzalayıblar. Toplantıda Əməkdaşlıq Şurasının yaradılması, Astananın 2012-ci ildə Mədəniyyət Paytaxtı elan edilməsi, təhsildə əməkdaşlıq və Bakıda Türk mədəniyyətini qoruma vəqfinin qurulması kimi qərarlar qəbul edilib

577