Türkiyəli şair-jurnalistlər Mətbuat Şurasında olublar
Qonaqları Mətbuat Şurasının sədri Əflatun Amaşov qəbul edib.
Mətbuat Şurasından Lent.az-a bildiriblər ki, Əflatun Amaşov görüşün türkdilli xalqların dövlət başçılarının zirvə toplantısının keçirildiyi ərəfəyə təsadüf etdiyini xatırladaraq dili, dini, adət-ənənəsi bir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində söz sənəti də körpü rolunu oynadığını söyləyib. Şura sədri bu sahədə jurnalistlərin də yerinə yetirdikləri missiyanın məsuliyyətini qeyd edib, Azərbaycanda ictimai fikrin formalaşmasında belə əlaqələrin təsirindən danışıb.
Nümayəndə heyətinin rəhbəri, “Manas” nəşriyyatının direktoru M.Şener Bulud isə hər bir elazığlının orada türk dünyasının görkəmli yazıçısı Almas İldırımın yaşamasından bu şəhərdə onun və xalq şairi Bəxtiyar Vahabzadənin adlarını daşıyan küçələrin olmasından fəxarət duyduğunu deyib. O, həmçinin “Elazığ çələngi” kitabını Əflatun Amaşova təqdim edib.
Görüşdə iştirak edən Fırat Universitetinin jurnalistika fakültəsinin professoru Tarık Özcan 20 min tələbənin təhsil aldığı bu ali məktəbin öz televiziya, radio kanalına, qəzetinə malik olmasından, həmin ixtisas üzrə təhsilə istedadlı və hazırlıqlı gənclərin cəlbi üçün görülən tədbirlərdən danışıb. Universitetin müəllimi Rəcəb Bağçı şair-jurnalistlərdən Midhət Yılmaz (A.İldırımın oğlu), Hadi Önal və Günerken Aydoğmuş hər iki ölkənin yazarları arasındakı ədəbi-bədii əlaqələrdən danışarkən bir sıra rəy və təkliflərini də səsləndiriblər. Sonra qonaqlara Həsən bəy Zərdabinin “Təbiət və insan” kitabı təqdim olunub.

578