
Türkdilli ölkələrin dövlət başçılarının sammiti başlayıb – FOTO
APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, “Çırağan” sarayında keçirilən zirvə toplantısına Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstanın keçid dövrünün prezidenti Roza Otunbayeva, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov, İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhimi iştirak edirlər. Sammitin yekununda İstanbul Bəyannaməsinin imzalanması nəzərdə tutulur. Bəyannamədə 3 oktyabr tarixinin Türk Dilində Danışan Ölkələr Günü elan edilməsi, Türk Əməkdaşlıq Şurasının yaradılması, Bakıda Türk Mədəni İrsinin Qorunması Fondunun yaradılması, elmi araşdırma və fəaliyyətlər üçün fond yaradılması, universitetlərarası birliyin qurulması məsələləri öz əksini tapıb.
Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının 9-cu sammiti ötən il Naxçıvanda keçirilib.
Qeyd edək ki, türkdilli ölkələrin dövlət başçılarının 9-cu sammiti ötən il Naxçıvanda keçirilib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29