Erməni iş adamı Türkiyədə beşulduzlu otel tikdirəcək
Sentyabrın 19-da 3 mindən çox erməni dünyanın müxtəlif yerlərindən Van gölündəki Akdamar adasında yerləşən kilsədə ibadət etməyə gələcək.
Lent.az-ın “dunyagazetesi.com.tr” saytına istinadən verdiyi məlumata görə, XX əsrin əvvəlində daşnak liderlərinin türklərə qarşı qırğınlar törətməklə bağlı planlar hazırladıqları bu kilsəni ziyarətə gələn ermənilərin Türkiyənin bu bölgəsində biznes qurmaq niyyətləri də var.
Van Ticarət və Sənaye Palatasının sədri Zahir Kandaşoğlu deyib ki, Vana gələcək erməni qrupunda böyük iş adamları da var. Bunlardan ikisi turizm, biri isə sənaye sahəsində böyük sərmayələri olan ermənidir. Onun sözlərinə görə, kilsəni ziyarətdən sonra ABŞ-da böyük iş adamı olan erməni və türk iş adamları ortaq şəkildə bir aviaşirkət qurmaq üçün fəaliyyətə başlayacaq: “100 milyon dollarlıq bu layihəni ABŞ-da olan bir maliyyə qurumu maliyyələşdirəcək. İlkin mərhələdə 2 təyyarə alacağıq və İrəvan və Van arasında iki təyyarə ilə çarter reysləri həyata keçiriləcək”.
Zahir Kandaşoğlu Ermənistanın ən böyük turizm şirkətlərindən birinin 50 milyon dollar xərcləyərək Vanda 5 ulduzlu otel tikmək üçün torpaq istədiyini söyləyib. Sənaye müəssisələri olan bir erməni iş adamı isə günəş enerjisinin köməkliyi ilə parça hazırlayacaq fabrik tikmək üçün danışıqlar aparacaq. Van Ticarət və Sənaye Palatasının sədri fəxrlə deyib ki, Van həyəcanla erməni turistləri qarşılamağa hazırlaşır, otellər qonaqları qəbul etməyə hazırdır. O, cüzi məbləğ ödəməklə ermənilərin bu yerlərdə qalacağını nəzərə çatdırıb: “Otellərdəki yerlər yetməzsə, vanlı vətəndaşlar evlərini pulsuz ermənilərin xidmətinə verməyə hazırdırlar. Akdamar adasındakı kilsədə həyata keçiriləcək dini ayin dünya erməniləri tərəfindən izlənir. Bu, Türkiyə və Vanın dünyada tanıdılmasına böyük töhfə verəcək. Ona görə də ticarət ilk sırada deyil. Şəhərdə mağaza sahibləri və satıcılardan da malların qiymətini aşağı salmalarını xahiş etmişik. Vana gələn ermənilər təyyarə bileti də daxil, 2 min avroya səfərlərini başa vura biləcəklər”.
Zahir Kandaşoğlu Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasından da şikayətlənib: “Əgər sərhəd açıq olsaydı, Ermənistandan bura 2 saatlıq yoldur. Ancaq indi insanlar min kilometrdən çox yol qət etmək məcburiyyətindədirlər. Alican sərhəd-keçid məntəqəsinin heç olmasa, bir neçə günlüyə açılması üçün Palatamız müraciət etdi, olmadı. Ümidimiz gələn ilə qaldı. İnanırıq ki, bu ziyarətdən sonra Vana hər gün erməni turistlər gələcək. Bizim üçün ticarət həyata keçirmək əsas şərtdir. Bir müddət əvvəl Ermənistanda keçirdiyimiz görüşlərlə bağlı hazırladığımız hesabatı baş nazir rəcəb Tayyib Ərdoğana da təqdim etmişik. Ticarət üçün hər İranla, həm də Ermənistanda sərhəd-keçid məntəqələri açıq olmalıdır. Alican sərhəd-keçid məntəqəsinin açılması 1000 kilometrlik yolu 187 kilometrə endirir. Ermənistanda çox ciddi bir bazar var və biz bunu görməyə bilmərik”.

910