FHN-in Akademiyasında təntənəli mərasim keçirilib - FOTO
APA-nın məlumatına görə, sentyabrın 15-də nazirliyin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.
Mərasimdən əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanı ziyarət ediblər.
Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyət təntənəli mərasim üçün düzülüb və Azərbaycanın Dövlət himni səslənib, dövlət bayrağı meydana gətirilib. Sonra isə Akademiyaya qəbul olunmuş kursant və müdavimlərin andiçmə mərasimi keçirilib.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Akademiyaya yeni qəbul olunmuş kursant və müdavimləri təbrik edib, fövqəladə halların idarə olunması sahəsində respublikamızın yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin müstəsna rolunu vurğulayıb. FHN Akademiyasının Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2008-ci il tarixli sərəncamına əsasən yaradıldığını mərasim iştirakçılarının diqqətinə çatdıran Kəmaləddin Heydərov, yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkür edib. Daha sonra kursantların qarşısında duran vəzifələrdən danışan nazir, onların elmi və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli ruhlu layiqli mütəxəssislər kimi yetişəcəklərinə əmin olduğunu söyləyib.
Mərasimdə həmçinin bu il yüksək bal toplayaraq FHN Akademiyasına qəbul olunan Ceyhun Allahverdiyev kursantlar adından Azərbaycan gəncliyinə, onların hərtərəfli inkişafına, təhsilinə göstərdiyi qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək Akademiyanın kollektivi üzərinə düşən bütün məsuliyyəti dərindən dərk edərək müstəqil Azərbaycanın işıqlı gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklərini bəyan edib.

2459