Ermənilər türklərə xaç qoydurur
14 sentyabr 2010 16:31 (UTC +04:00)

Ermənilər türklərə xaç qoydurur

Ermənilərin Van gölündəki Akdamar kilsəsində qısa müddətdə xaç qurulması yönündə kampaniyasına Türkiyə hökuməti dəstək verib.


Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ermənilərin “Surb Xaç” adlandırdıqları kilsəsinin qülləsində quraşdırılacaq 2,5 metr hündürlükdə, 1,3 metr enində olan 100 kiloqramlıq xaç bu gün Van Muzeyindən Akdamar adasına gətirilib.


Xaçın gətirilməsi prosesində şəxsən Van valisinin müavini Atay Uslu da iştirak edib. Van valisi Yusif Quni deyib ki, İstanbul Erməni Kilsəsinin ruhaniləri 2 gün sonra Vana gələcək və xaç quraşdırılacaq. Onun sözlərinə görə, xaçın Van Muzeyindən Akdamar adasına gətirilməsinə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi icazə verib. Adadakı xaçı qorumaq üçün xüsusi mühafizəçilər ayrılıb.


Qeyd edək ki, 20-ci əsrin əvvəllərində Akdamar adasındakı kilsə türklərə qarşı kütləvi qırğın planları hazırlayan daşnak liderlərinin toplaşdığı əsas mərkəz olub. Bu səbəbdən də kilsə bağlanıb. AKP hökuməti isə Akdamar adasındakı kilsənin ildə bir dəfə ermənilərin ziyarət etməsi üçün açılmasına icazə verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar