“AXCP-Müsavat” blokunun daha iki dairədə vahid namizədi müəyyənləşib
Bu barədə APA-ya görüşdə iştirak etmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verilib.
Görüşdə daha iki seçki dairəsi üzrə “AXCP-Müsavat” seçki blokunun vahid namizədləri müəyyənləşdirilib. 26 saylı Sabunçu I seçki dairəsindən Müsavat başqanının müavini Tofiq Yaqublu vahid namizəd olacaq. Həmin dairədə namizədliyə iddialı olan AXCP təmsilçisi İbrahim Vəliyev seçkidə iştirak etməyəcək. 32 saylı Suraxanı III seçki dairəsindən isə “AXCP-Müsavat” seçki blokunun vahid namizədinin Mehman Cavadoğlu olmasına qərar verilib. Həmin dairədən namizədliyini irəli sürməyi planlaşdıran Müsavat Divanının üzvü İbrahim İbrahimli səhhəti ilə əlaqədar seçkiyə qatılmayacağını bildirib.
Görüşdə sentyabrın 14-də Müsavat Partiyasının qərargahında hər iki partiyanın fəallarının birgə müşavirəsinin keçirilməsi barədə də qərar qəbul olunub. Sentyabrın 15-də isə hər iki partiyanın təmsilçiləri Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında türk əsgərlərinin abidəsini ziyarət edəcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29