Lalə Şövkətin “Ölkə” qəzetinə qarşı iddiası təmin edildi
APA-nın məlumatına görə, hakim Elşən Qurbanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Lalə Şövkətin iddiasını təmin edib. Məhkəmənin hökmünə əsasən “Ölkə” qəzeti nəşrin birinci səhifəsində “Lalə Şövkətdən üzr istəyirik” başlıqlı yazı verməli və 4 min manat cərimə ödəməlidir.
“Ölkə” qəzetinin baş redaktoru Xəzər Teyyublu isə APA-ya deyib ki, qəzetin məhkəmənin qərarını icra etmək niyyəti yoxdur: “Qəzet yaxın günlərdə apellyasiya şikayəti edəcək. Əgər Azərbaycan məhkəmələri birinci məhkəmə instansiyasının hökmünü qüvvədə saxlasa, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər mübarizəmizi davam etdirəcəyik”.
Qeyd edək ki, Lalə Şövkət “Ölkə” qəzetində dərc olunan “Madam ləqəbli agent” başlıqlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu bildirərək, məhkəməyə şikayət edib. L. Şövkət məhkəmədən qəzetin 100 min manat cərimələnməsini də istəyib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29