“Cənubi Qafqazın gələcəyi Moskvanın Vaşinqton və NATO ilə münasibətlərindən asılıdır”
ABŞ xarici siyasət idarəsinin və dəniz donanmasının veteranı Deyl Hersprinq (Dale Herspring) APA-nın Vaşinqton müxbirinə belə deyib.
Xarici siyasət idarəsində 23 illik, dəniz donanmasında isə 32 illik təcrübəsi olan Hersprinq hazırda Kanzas Universitetinin əməkdar professoru və Vaşinqtonda Xarici Əlaqələr Şurasının xarici siyasət analitikidir. O deyir ki, Dağlıq Qarabağ və regionun digər münaqişələri həll olunmadan Rusiya və ABŞ-ın təhlükəsizlik sahəsində əməkdaşlığını təsəvvür etmək belə çətindir.
“Fikrimcə, Gürcüstanda sabitliyin bərqərar olması üçün bir qədər də vaxt lazımdır. Azərbaycan və Ermənistanda da sabitlik bərpa olunmalıdır. Digər tərəfdən mənə elə gəlir ki, Moskvanın hələ də Şimali Qafqazı “sakitləşdimək” iqtidarında olmaması da böyük təhlükə yaradır”.
Hersprinqin fikrincə, region ölkələrinin Qərb institutlarına inteqrasiyası üçün ilk növbədə sabitlik lazımdır.
“NATO üzvlüyünə doğru irəliləyişin olmasında əmin deyiləm. Fikrimcə, ABŞ hökuməti belə hesab edir ki, regionun kiçik ölkələri ilə yaxşı əlaqələr saxlamaq və onları NATO-ya qəbul etmək arasında fərq var. Rusiya NATO üzvlüyünü qəbul etməyəcək, ABŞ da bu məsələdə israr etmək fikrində deyil. Rusiya ilə münasibətlər cox vacibdir və Moskvanı özündən kənarlaşdırmaq risklidir”.
Hersprinq bildirir ki, regionun gələcəyi Moskva ilə Vaşinqton (və NATO) arasında münasibətlərdən asılı olacaq.
“Əgər münasibətlər müsbət olsa, biz regionda təkcə siyasi deyil, həm də iqtisadi sabitliyin şahidi olacağıq”.

510