Azərbaycandan mühüm təklif
10 sentyabr 2010 10:22 (UTC +04:00)

Azərbaycandan mühüm təklif

APA-nın verdiyi xəbərə görə, bununla bağlı XİN-nin bəyanatında deyilir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid BMT-nin 64-cü sessiyasının plenar iclasının gündəliyində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” adlı 18-ci bənd və “Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq insan hüquqlarına riayət olunması” başlıqlı A/64/L.57 saylı qərar layihəsi yer alıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri aidiyyəti tərəflərlə apardıqları intensiv məsləhətləşmələr nəticəsində elan ediblər ki, sentyabrın sonu, oktyabrın əvvəllərində həmsədrlər işğal olunmuş ərazilərdəki humanitar vəziyyətin öyrənilməsi məqsədilə regiona faktaraşdırıcı missiyasının həyata keçirilməsi üçün geri qayıdacaqlar: “2005-ci ilin əvvəlində keçirilmiş ATƏT-in faktaraşdırıcı missiyasından sonra, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və digər qurumların nümayəndələri də daxil olmaqla bir sıra yüksək səviyyəli məsləhətçilər və ekspertlərdən ibarət qrupun müşahidəsi ilə bu ərazilərə həmsədrlərin ilk beynəlxalq missiyası olacaqdır”.

XİN-in bəyanatında bildirilir ki, bu anlayışa əsaslanaraq və xoş məram, konstruktivlik mövqedən çıxış edərək Azərbaycan tərəfi BMT üzv dövlətlərin heyətlərindən 64-cü sessiyasının plenar iclasının gündəliyində olan A/64/L.57 saylı qərar layihəsinin baxılmasının təxirə salınmasını, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” adlı bəndin baxılmasının isə Baş Assambleyanın 65-ci sessiyasına salınmasını xahiş edib. Bu barədə 9 sentyabr tarixində BMT-nin Baş Asambleyasında öz çıxışında Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi A.Mehtiyev deyib. Ermənistan nümayəndəsi Azərbaycan tərəfinin çıxışından sonra heç bir çıxış etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636

Oxşar yazılar