ABŞ rəsmisi müxalifət liderləri ilə görüşüb
Bakıda səfərdə olan ABŞ dövlət katibi müavinin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə görüşüb.
İqbal Ağazadə Lent.az-a açıqlamasında deyib ki, görüşdə Azərbaycanda seçki öncəsi vəziyyət, seçki ilə bağlı qanunvericilik prinsiplərinin yerinə yetirilməsi, ayrı-ayrı qanunların icrası, psixoloji durum, siyasi partiyaların vəziyyəti, namizədlərə bərabər şəraitin yaradılması, ölkəmizdəki ictimai-siyasi proseslər müzakirə olunub.
Eyni zamanda Cənubi Qafqaz regionu və regionun təhlükəsizliyi, bundan sonra Azərbaycanın və regionun digər ölkələrinin tutacağı yol da müzakirə edilib: “Daha çox noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkiləri və parlament seçkilərində müxalifətin ümumi mövqeyi barədə müzakirələr aparıldı. Tina Kaydanaunu maraqlandıran suallar da oldu. Bu ətrafda bir neçə saatlıq görüşümüz oldu”.
Ramiz

Oxşar yazılar

Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
6 iyul 2025 , 20:57
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29