Ramil Usubov Braziliya səfirini qəbul edib
08 sentyabr 2010 17:42 (UTC +04:00)

Ramil Usubov Braziliya səfirini qəbul edib

DİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nazir müstəqilliyin bərpasından sonrakı dövr ərzində dövlətçiliyin qorunması, Ermənistanın ölkəmizə hərbi təcavüzü və etnik təmizləmə siyasəti, bu zaman bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşməsi, cəmiyyətimizdə daxili işlər orqanlarının rolu və funksiyası, həmçinin ölkədəki kriminogen durum barədə söhbət açıb. Qeyd edilib ki, cəmiyyət həyatının bütün sahələrində uğurla həyata keçirilən islahatlar DİN-dən də yan keçməyib, Avropa dəyərlərinə uyğun, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edilib, bu qanunların işlənib-hazırlanmasında bir sıra inkişaf etmiş dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların ekspertlərinin böyük rolu olub.



Coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşdiyini, lakin bəzi oxşar cəhətlərin də olduğunu diqqətə çatdıran daxili işlər naziri ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın gələcəkdə yalnız Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsi ilə məhdudlaşmayacağına ümidvar olduğunu bildirib.


Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Paulo Pinto nəinki Azərbaycan, həmçinin xarici vətəndaşların da təhlükəsizlik şəraitində yaşamaları üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını xüsusi qeyd edib, Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etdirilməsinə bir səfir kimi töhfə verəcəyini vurğulayıb.l
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062

Oxşar yazılar