ABŞ Nümayəndələr Palatasının spikeri “soyqırımı” dedi
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nansi Pelosi qondarma “erməni soyqırımı”nın 94-cü ildönümü münasibəti ilə etdiyi çıxışda 24 aprel hadisələrini “soyqırımı” adlandırıb.
APA-nın ABŞ bürosunun məlumatına görə, ermənipərəst konqresmen bəyan edib ki, “bu gün biz erməni soyqırımının 94-cü ildönümünü qeyd edirik və onların qurbanlarına, canlarını qurtarmış insanlara baş sağlığı veririk. Biz ermənilərin bəyanatları və tarixi faktlardan bilirik ki, erməni soyqırımı 1915-1923-ci illər ərzində Osmanlı İmperiyasının başçıları tərəfindən həyata keçirilib”.
Kaliforniya ştatından Konqresə seçilən Pelosi qeyd olunan illər ərzində 1.5 milyon erməninin qətlə yetirildiyi, 2 milyondan artıq insanın isə öz yurdlarından didərgin olunduğunu deyib. O həmin dövrün hadisələri barədə xarici diplomat və müşahidəçilərin, həmçinin ABŞ səfiri Henri Marqentaunun xatirələrinin qaldığını xatırladıb. Daha sonra spiker bildirib ki, “ABŞ hökuməti erməni soyqırımını çoxdan tanımalı idi. Əgər tarixə biganəlik nümayiş etdirsək, biz keçmişin səhvlərini təkrar etməyə məhkum olarıq. Ruanda və Darfurda baş verənlər bizə deyir ki, biz daha çox səy göstərməliyik ki, bunlar bir daha heç vaxt təkrarlanmasın”.
Xatırladaq ki, 24 apreldə ABŞ prezidenti Barak Obama 1915-ci il hadisələrini xarakterizə edərkən həmin dövrlərin hadisələrini erməni dilində “soyqırımı” adlandırıb. Cənab Obama deyib ki, “Meds Yeghern (erməni dilində “böyük fəlakət” deməkdir) ermənilərin yaddaşında yaşadığı kimi bizim yaddaşlarımızda yaşamalıdır”.

795