Daha bir nazirimiz Türkiyəyə gedir
Azərbaycanda istehsal olunan döyüş silahları beynəlxalq tədbirdə sərgilənəcək
27-30 apreldə Türkiyə Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İstanbul şəhərində keçiriləcək IX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF-2009) Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edəcək. Bu barədə Lent.az-a Müdafiə Sənyesi Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Azərbaycanlı nazirin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyə milli müdafiə naziri Vecdi Gönülün dəvəti ilə qeyd olunan sərgidə iştirak etmək üçün Türkiyə Respublikasında səfərdə olacaq. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar da nümayiş etdiriləcək. Onların arasında döyüş sursatları, atıcı silahlar və optik cihazlar var.
İlk nümayişi 1993-cü ildə həyata keçirilən və əldə etdiyi nailiyyətlərə görə Avropa ölkələri arasında beynəlxalq əhəmiyyətə malik olan 10 ən iri sərgidən biri sayılan İDEF-in 2009-cu il nümayişində dünyanın müxtəlif ölkələrindən 463 şirkətin iştirakı nəzərdə tutulur.
İki ildən bir keçirilən sərgi, müasir tələblərə cavab verən yeni məmulatların nümayişi ilə yanaşı, onların satışı və alınmasına dair müvafiq kontraktların bağlanması üçün də şərait yaradır.
Bu sərgi, müstəqil Azərbaycanın müdafiə sənayesi sahəsində təmsil olunduğu ilk beynəlxalq əhəmiyyətli sərgidir.
Qeyd edək ki, İDEF-2009-də iştirak etmək məqsədilə müdafiə naziri Səfər Əbiyev bir neçə gün əvvəl Türkiyəyə gedib.
Pərvin ABBASOV

Oxşar yazılar

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25
Azərbaycanın yeni hərbi prokuroru təyin edildi
13 may 2025 , 17:00
İlham Əliyev PKK-nın ləğvindən DANIŞDI
13 may 2025 , 10:45