Əliağa Hüseynov: “Rail Rzayevlə dost və qohum olmuşuq” - MÜSAHİBƏ
Bir müddətdir ki, mətbuatda respublika hərbi komissarı, general-leytenant Əliağa Hüseynovun barəsində ən müxtəlif məlumatlar yayılır. “Yeni Müsavat” qəzetinin 24 aprel tarixli sayında Əliağa Hüseynovun müsahibəsi dərc edilib. Həmin müsahibəni təqdim edirik.
- Barənizdə 2 aydan artıq bir müddətdir ki, müxtəlif məlumatlar yayılmağa başlayıb və onlar mətbuatda dərc olunur. Yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur?
- Əlbəttə, hər bir məmurun rəhbərlik etdiyi qurumda müəyyən narazılıqlar olur. Biri təqaüd yaşı çatsa da, xahiş edir ki, 1-2 il artıq qalıb işini işləsin, bir başqası başqa bir xahişlə müraciət edir. Amma hamının da xahişini yerinə yetirmək olmur. Hökumətin qayda-qanunu ilə belə məsələlər həll edilir. İndi kimsə məzuniyyətə və ya ezamiyyətə gedibsə, narazılar onun haqqında neqativ məlumatlar yayıb həm sizi, həm də sizinlə bərabər ictimaiyyəti aldadırlar. Bəli, 2008-ci il dekabr ayının 12-də səhhətimlə əlaqədar mənə 1 həftəlik icazə verməsi üçün cənab Səfər Əbiyevə müraciət etmişəm. Sağ olsun, icazə verdi, müayinəyə gedə bildim. Dediyim adamlar da bu məqamdan öz məqsədləri üçün istifadə etdilər. Mətbuata məlumat ötürdülər ki, guya məzuniyyətdən qayıtdıqdan sonra məni ehtiyata buraxacaqlar və tutduğum vəzifəyə təyin olunmaq üçün bir qrup zabit növbəyə dayanıb.
- Məsələlərin bu qədər dramatikləşməsinin səbəbi səlahiyyətlərinizin məhdudlaşdırılması ilə bərabər, yaxın qohumunuz general Rail Rzayevin qətlə yetirilməsi ərəfəsinə təsadüf etməsi ola bilərmi?
- Rail Rzayev fevralın 11-də qətlə yetirildi. Həmin gün mən Salyandaydım. Hər məmur bir rayona təhkim olunub. Ondan rayondakı sosial vəziyyətə nəzarət edib, tədbir görülməsi istənilir. Salyan rayonuna da mən təhkim olunmuşam. Həmin gün səhər saat 11-də rayon rəhbərliyinin iştirakı ilə görüş keçirilməli idi. Biz də gördüyümüz işlərlə bağlı məlumat veririk. Hadisə olub fevralın 11-də. Mən isə müalicədən dekabrın 28-də gəlmişəm. Yanvarın 1-dən isə komissiyanın sədri olaraq çağırış keçirmişəm. Bu yazılar da yanvardan başlayıb. NATO sistemində hərbi komissarlıq anlayışı yoxdur. Məsələn, Amerikada Qoşunların Komplektləşdirilməsi Baş İdarəsi var. Dəvət ediblər, ora gedib təcrübə ilə də tanış olmuşam. Almaniyada başqa, Türkiyədə isə başqa bir sistemdir. Onu da deyim ki, Türkiyədə müvafiq strukturun adı idarə olsa da, faktiki hərbi komissarlığın səlahiyyətlərini həyata keçirir. Qaldı ki, səlahiyyətlərimin azaldılmasına, belə bir məsələ yoxdur. Azərbaycan Respublikası hərbi xidmətə çağırışın əsasları haqqında qanunda yazılıb: rayon, şəhər çağırış komissiyalarının vəzifələri, Azərbaycan Respublikası müdafə nazirinin bölgüsü üzrə müddətli hərbi xidmət keçirilməsi yeri haqqında qərar qəbul etməkdir. Hazırda mənim əvəzimə bu səlahiyyəti müavinim Ramiz Məmmədov və çağırış üzrə müavinim Hikmət Xalıqov yerinə yetirir.
- Bu səlahiyyət sizdən niyə alınaraq müavininizə verilib?
- Müalicəmlə əlaqədar müvəqqəti olaraq bu səlahiyyəti müavinim həyata keçirir. Mən ölkədən kənarda müalicədə olduğum üçün sənədlərə qol çəkə bilmirəm. Buna görə də müavinim öz əmrimlə respublika hərbi komissarının səlahiyyətlərini icra etdiyinə görə Nazirlər Kabineti də Çağırış Komissiyasının sədri kimi ona səlahiyyət vermişdir. Çağırış komissiyasına Daxili İşlər, Səhiyyə, Ədliyyə nazirlərinin müavinləri və digər qurumların nümayəndələri daxildirlər. Əgər rayon çağırış komissiyaları düzgün qərar qəbul etmirsə, Respublika Çağırış Komissiyası həmin şəxsi işi araşdırır və düzgün qərar qəbul edir. Qərarın təkbaşına qəbulu mümkün deyil, qərar kollegial qəbul olunur.
- Bundan əvvəl məzuniyyətdə və ya ezamiyyətdə olduğunuz dövrdə sizin əvəzinizə müavininiz təyin olunubmu?
- Bəli, dəfələrlə əmrlə müavinim əvəzimə sənədlərə imza da atıb, səlahiyyətlərimi icra da edib. Səlahiyyətlərimi müavinimə kimsə deyil, özüm öz əmrimlə həvalə etmişəm. Bu gün də səlahiyyətlərimi müavinim Ramiz Məmmədov icra edir.
- Nazirlər Kabinetinin son qərarı əvvəlki qərarlardan nə ilə fərqlənirdi?
- Səhhətimlə bağlı nazirdən xahiş etdim ki, mənə icazə versin. O da qeyd etdiyim kimi, icazə verdi. Hazırda mən məzuniyyətdəyəm. Nazirlər Kabinetinin son qərarı ilə məzuniyyətdə olduğum üçün səlahiyyətlərimin icrası müavinimə həvalə olunub. Həmin qərar 1 ay müddətində qüvvədədir. Aprelin 30-da müavinim Ramiz Məmmədovun Çağırış Komissiyasının sədri kimi səlahiyyətlərinin müddəti başa çatır. Eyni zamanda, komissiyanın bütün üzvlərinin səlahiyyətlərinin müddəti başa çatır. Yəni həmin qərarın müddəti bitir. Yenidən səlahiyyətlərimin icrası mənə qayıdır. Nazirlər Kabineti ildə 4 dəfə belə qərar verir. İyun ayında yenidən qərar verərək Çağırış Komissiyasının tərkibini təsdiq edəcək və mən komissiyanın sədri olacağam.
- Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinə də bu komissiyada yer verildi. Yəni rəhbərlik etdiyiniz qurum əvvəllər tam olaraq çağırışçıların bölgüsünə, paylaşdırılmasına cavabdeh olduğu halda, indi bu səlahiyyətlərin bir hissəsi Təşkilat Səfərbərlik İdarəsinə verilib. Bu dəyişiklik nə ilə bağlıdır?
- Yenə də deyirəm, bizim səlahiyyətlərimiz alınmayıb. Sadəcə, şəffaflığı təmin etmək üçün belə bir qərar verilib. Həmin Baş Qərargaha mənim müavinim Ramiz Məmmədov və digər 5-6 zabit cəlb edilib. Rayonlardan gələn çağırışçılar tərəfimizdən komissiyadan keçəndən sonra aparılır Baş Qərargaha. Orada 1-2 adam deyil, ümumilikdə idarə bizim iştirakımızla bölgü aparır. Bundan sonra çağırışçılar bölgü üzrə yerlərə göndərilir. Bu addımın atılması şəffaflığın artmasına və neqativ halların minimuma endirilməsinə xidmət edir.
- Həm ordu, həm də rəhbərlik etdiyiniz qurumla bağlı xeyli tənqidi məqamlar var...
- “Od olmasa tüstü çıxmaz”. Bəli, hər sahədə olduğu kimi, Respublika Hərbi Komissarlıq sistemində də neqativlər olub. Hətta hərbi komissarlardan biri də həbs edilib. Belə hallara yol verilməsin deyə, yuxarıda qeyd olunan qərarlar verilir. Bu gün çağırışçıların hansı hərbi hissəyə göndərildiyini öyrənmək problem deyil. Bunun üçün Respublika Hərbi Komissarlığında və Müdafiə Nazirliyində qaynar xətt xidməti yaradılıb. Daha heç kim deyə bilməz ki, Əliağa Hüseynov, Ramiz Məmmədov və ya Hikmət Xalıqov kimi hara istəyir göndərir. Rayon hərbi komissarlıqları vətəndaşlara çağırış göndərir. Siyahını təhvil verirlər Respublika Hərbi Komissarlığına, biz də həmin siyahını təqdim edirik Baş Qərargaha. Orada bizim iştirakımızla bölgü aparılır və bizim vasitəmizlə çağırışçılar hərbi hissələrə təhvil verilir.
- Adınızın gündəmə gəlməsinin bir səbəbi də qohumunuz Rail Rzayevin qətli oldu...
- Rail Rzayev mənim qudam deyil. Allah ona rəhmət eləsin, biz dost olmuşuq. Sonradan dostluğumuz qohumluğa çevrildi, böyük qardaşımın 2 oğlu Railin 2 qızı ilə ailə həyatı qurdu. Onun ölümü ilə mənim işimin nə bağlılığı ola bilər? Bu, bədxahların yaydığı yalan məlumatlardı. Rail rəhmətlik tam başqa bir sahənin adamı idi, vəzifəsi də məndən böyük idi. Onu 11 fevralda qətlə yetiriblər, yanvarın 17-18-də isə qeyd olunan qərarın verilməsi üçün tədbirlər görülüb. Bu işin Railin qətlinə heç bir formada aidiyyatı yoxdur.
- Rail Rzayevin qətlindən sonra məlum oldu ki, onun qardaşı Rəfael Rzayev Şamaxı rayon hərbi komissarı vəzifəsindən uzaqlaşdırılıb. Rəfael Rzayevin vəzifəsindən uzaqlaşdırılması nə ilə əlaqədardır?
- Rəfael Rzayev təqaüd yaşından il yarım da artıq qulluq edib. Hələ qətldən əvvəl o, tutduğu vəzifədən uzaqlaşdırılması üçün ərizə vermişdi. Onun ürəyində problem var. Əmri də çağırışdan əvvəl verilmişdi. Lakin çağırışla bağlı rayon İcra Hakimiyyətinin verdiyi qərarda onun adı qeyd olunduğundan səlahiyyətlərini təhvil verib gedə bilmədi. Çağırışı keçirib sonra təqaüdə getdi.
- Dünən Rail Rzayevin qətlində şübhəli bilinən bir nəfər tutulub. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz?
- Onunla dost, qohum olmuşuq. Amma onun təzə evə köçməsini heç bilməmişəm. Adətən telefonla danışmışıq. Qətllə bağlı nəinki mən, heç Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitləri də bir söz deyə bilməz. Cənab prezidentin göstərişi ilə istintaq qrupu yaradılıb, iş gedir.
- Rail Rzayev hərbçi, işini bilən peşəkardı, siyasi fiqur deyildi. Sizcə, niyə məhz onu hədəfə götürüblər?
- Mən nəsə bilməliyəm ki, deyim. Amma qətllə bağlı bilgim yoxdu. Olsaydı deyərdim. Rail Rzayev müdafiə nazirinin müavini idi.
- Qətldən sonra diqqəti çəkən bir məqam da dəfnə nazirin qatılmaması oldu?
- Mən öz səlahiyyətlərimə aid olmayan məsələlərə müdaxilə etmirəm.
- Sizin evlərinizin, villalarınızın nəzarətə götürülməsi ilə bağlı nə deyə bilərsiniz?
- Yazırlar ki, guya məni xaricdən qaytarıb ölkəyə gətiriblər. Mən müalicəyə getmişəm və orada olduğum müddət xristianların dini bayramları Pasxaya təsadüf etdiyindən və sonra orada bir neçə gün tətil günləri elan edildiyindən geri qayıtmışam. Allah qoysa, yaxın günlərdə yenidən Almaniyaya gedərək müalicəmi davam etdirəcəyəm.
- Salyanda sizin Dəmirovlar ailəsinin evini dağıtdırmağınız barədə məlumatlar var. Bununla bağlı nə deyə bilərsiniz?
- Belə şey yoxdur. Bu məsələ ilə bağlı 2 dəfə məhkəmə olub. Gedin araşdırın, görəcəksiniz ki, məsələ sizə çatdırıldığı kimi deyil.
- Mətbuatda sizin şərti adı “Salyan qruplaşması” olan ittifaqa daxil olmanız barədə xəbərlər var. Həmin xəbərlərdə bu ittifaqa müdafiə naziri Səfər Əbiyevin, nəqliyyat naziri Ziya Məmmədovun və digər məmurların daxil olduğu bildirilir. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Ziya Məmmədovla qudayıq. Onun qızı gəlinimdir. Rail Rzayevlə Ziya Məmmədovun bir yerdə olmasını əks etdirən hər hansı bir foto və ya görüntünü kimsə mənə göstərə bilsə, deyərəm ki, bu qruplaşma var. Və ya Səfər Əbiyevlə Ziya Məmmədovu hökumət tədbirlərindən başqa, harada görübsə desinlər. Qruplaşma o vaxt olardı ki, haradasa görüşüb hər hansı bir məsələni müzakirə edərlər. Axı belə şey olmayıb. Belə bir qruplaşma yoxdur.

4120