Rəfael Hüseynov Avropa Parlamentindəki azərbaycanlı diplomatları tənqid etdi
23 aprel 2009 16:00 (UTC +04:00)

Rəfael Hüseynov Avropa Parlamentindəki azərbaycanlı diplomatları tənqid etdi

“Harada ki Azərbaycan nümayəndə heyətləri yaxşı iş aparır, orada ermənilər əl-qol aça bilmirlər”

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan Nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bəzi azərbaycanlı diplomatları tənqid edib. Lent.az-ın məlumatına görə, R.Hüseynov tənqidi fikirlərini bu gün AMEA İnsan Hüquqları institutunda “Ermənilik: mif və gerçəkliklər” mövzusunda keçirilən tədbirdə səsləndirib.

R.Hüseynov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin yaxşı çalışdığını, bu səbəbdən də erməni ermənilərin mənafeyini müdafiə edən deputatların “erməni soyqırımı” ilə bağlı çox iş apara bilmədiklərini deyib. “Harada ki Azərbaycan nümayəndə heyətləri yaxşı iş aparır, orada ermənilər əl-qol aça bilmirlər. Ancaq yaxşı iş aparılmayanda əksinə olur. Avropa Parlamentində yaxşı işləməmişik, oradakı diplomatlarımız da yaxşı işləməyib. Ona görə də orada “erməni soyqırımı” ilə bağlı sənəd qəbul olunub” – deyə, R.Hüseynov bildirib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097

Oxşar yazılar