Prezident məmurlara və iş adamlarına təpindi
İlham Əliyev: “Bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir. Bunu yığışdırın”
Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Dövlət başçısı görülən işlər barədə ətraflı məlumat verib. O həmçinin qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün yerli icra orqanlarını fəal olmağa çağırıb.
Lent.az “ANS press”ə istinadən xəbər verir ki, müşavirədə iqtisadi inkişaf naziri Şahin Mustafayev, səhiyyə naziri Oqtay Şirəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdikləri qurumların ilin birinci rübündə gördüyü işlərdən danışıblar.
Dövlət başçısı isə öz çıxışında Bakıda ağacların qırılması və ekoloji mühitin korlanması məsələsinə xüsusi yer ayırıb. Prezident iş adamlarına və öz vəzifəsindən istifadə edən şəxslərə sonuncu dəfə xəbərdarlıq edərək bildirib ki, bu gündən etibarən respublikada ağacların kəsilməsi qadağandır.
İlham Əliyev qeyd edib ki, Bakı və paytaxt ətrafında ən azı 3 milyon ağac əkilməlidir: “Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti təkliflər planı hazırlayıb, ekoloji xəritəni təsdiq etməlidirlər. Bütün bu konkret proqramın icrası üçün tədbirlər planı hazırlanmalıdır. Mənə verilən məlumata görə, bəzi hallarda Bakıda yerlər alınır, hasarlanır, sonra oradakı ağaclar kəsilir və orada binalar, yaşayış evləri tikilir”.
Prezident müvafiq qurumların rəhbərləri və iş adamlarından yaşıllıqların qırılmasına son qoymağı tələb edib: “Bunu yığışdırın. Mən Bakıda və Azərbaycanda ağacların kəsilməsinə qadağa qoyuram”.
Elxan SALAHOV

735