Cəmil Çiçək: “Türkiyənin Qarabağ siyasətində dəyişiklik yoxdur”
21 aprel 2009 11:30 (UTC +04:00)

Cəmil Çiçək: “Türkiyənin Qarabağ siyasətində dəyişiklik yoxdur”

“Türkiyə bağlı qapılar arxasında Azərbaycanın mənfəətlərini heçə sayan mövqe göstərməyib”

Türkiyə baş nazirinin müavini, dövlət naziri və hökumət sözçüsü Cəmil Çiçək Türkiyə, Azərbaycan və Ermənistan münasibətlərinə şərh verərkən bildirib ki, bu məsələ ilə bağlı yayılan əsassız xəbərlər Türkiyə-Azərbaycan dostluğuna kölgə salır.

Lent.az-ın məlumatına görə, Çiçək deyib: “Bu məsələnin nə qədər həssas olduğu məlumdur, biz inanırdıq ki, dünyada soyuq müharibə bitib. Ancaq görürük ki, soyuq müharibə davam edir və bu, ən çox Qafqazda hiss edilir. Türkiyə bağlı qapılar arxasında Azərbaycanın mənfəətlərini heçə sayan mövqe göstərməyib”.

Hökumət sözçüsü deyib ki, Türkiyə beynəlxalq aləmdə öz problemləri ilə yanaşı, həminə Dağlıq Qarabağ məsələsini də gündəmə gətirib: “Azərbaycanın haqq mübarizəsində ona dəstək göstərməyə çalışmışıq. Hədəflərimizdən biri eyni coğrafiyanı paylaşdığımız qonşularla problemləri dialoq yolu ilə həll etməkdir. Ermənistanla münasibətlərimizin normallaşması da bu məqsədi güdür. Bizim Ermənistan və digər ölkələrlə danışıqlarımızda Azərbaycanın mənfəətlərinə, milli maraqlarına zidd addım atmağımız mümkün deyil. Biz Azərbaycanla bir millət, iki dövlətik. Türkiyənin Qarabağla bağlı siyasətində heç bir dəyişiklik yoxdur. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Münaqişə həll olunmadan bölgədə daimi sülh və sabitliyi təmin etmək mümkün deyil. Azərbaycanla qardaşlığımıza ziyan vuracaq addım atmayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar