Azərbaycan prezidenti: “Rusiya bizim dostumuz və strateji tərəfdaşımızdır”
17 aprel 2009 18:00 (UTC +04:00)

Azərbaycan prezidenti: “Rusiya bizim dostumuz və strateji tərəfdaşımızdır”

APA-nın məlumatına görə, Azərbaycan dövlət başçısını salamlayan Dimtri Medvedyev mütəmadi ünsiyyətin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərdiyini vurğulayıb:

“Ötən il iqtisadi-ticari planda çox yaxşı göstəricilər əldə etmişik. Ticarət dövriyyəsi 40 faiz artıb. Əlbəttə, 2009-cu il bir qədər mürəkkəb olacaq. Bizim vəzifəmiz nail olduğumuz nəticələri qoruyub saxlamaqdır. Hətta iqtisadi böhran şəraitində belə pozitiv iqtisadi dinamikanı saxlamaq üçün səyləri davam etdirəcəyik. Ölkələrimiz arasında mədəni-humanitar sahədə də əlaqələr genişlənir. Bu yaxınlarda Bakıda informasiya mərkəzi və Moskva Dövlət Universitetinin filialı açılıb. Moskvada isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb ki, bu da əlaqələrimizə daha müsbət təsir göstərir”.

Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin çox yaxşı inkişaf etdiyini, bu prosesdə dövlət başçıları arasında şəxsi münasibətlərin heç də sonuncu rol oynamadığını vurğulayıb: “Münasibətlərimizdəki dinamik inkişaf həm iqtisadiyyatda, həm də qarşılıqlı siyasi fəaliyyətdə öz töhfələrini verir. Əlbəttə ki, qlobal böhran ticarət dövriyyəsinin artımını təsirini göstərib, bununla belə 2009-cu ilə qədər ticarət dövriyyəsinin dinamikası çox yaxşı olub. Biz artıq 3 milyard dollar rəqəminə yaxınlaşmaqdayıq. Biz digər sahələrdə də əməkdaşlığı inkişaf etdirəcəyimizə ümidvarıq. Rusiyanın Azərbaycanın dostu, qonşusu və strateji tərəfdaşıdır. Biz əməkdaşlığımızı strateji tərəfdaşlıq ruhunda davam etdirəcəyimizə ümid bəsləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar